AZ

Rusiyanın vergi orqanları Hüseyn Həsənovun şirkətini bağlayıb


Rusiyanın Federal Vergi Xidməti (FTS) Azərbaycanəsilli bloger Hüseyn Həsənovun suşi çatdırılması ilə məşğul olan "Banda Foods" şirkətini bağlayıb.

Faktmedia xəbər verir ki, bu barədə Mash xəbər verir.

Nəşrin yazdığına görə, Həsənovun şirkətinin bağlanmasına səbəb vergi bəyannaməsinin olmaması, həmçinin bloqqerin Federal Vergi Xidmətinə borcu olub. Qida çatdırılması biznesi 2023-cü ilin yazında fəaliyyətə başlayıb.

Xatırladaq ki, bundan əvvəl Federal Vergi Xidməti ödənilməmiş borcuna görə Həsənovun avtomobillərinə və mənzillərinə məhkəmə yolu ilə həbs qoymaq niyyətində olduğunu açıqlamışdı. Xüsusilə, bloger iki avtomobilini itirə bilər: "2020 Rolls-Royce Cullinan" və "2022 Chevrolet Tahoe".

Seçilən
106
4
faktmedia.az

5Mənbələr