AZ

Dilan Polata 27 il həbs cəzası istənilir

Türkiyəli məşhur sosial şəbəkə fenomeni Dilan Polatın 27 il həbsi istənilib.

“Cebhe.info” xəbər verir ki, Anadolu Respublika Prokurorluğu Dilan Polatın 3 ayrı cinayət işi üzrə 27 il həbs olunmasını tələb edib.

Ona “"çirkli pul"ların yuyulması”, “qanunsuz mərc oyunları” və “cinayətkar qruplaşma qurmaq” ittihamları irəli sürülüb.

Xatırladaq ki, 14 iyunda keçirilən məhkəmədə prokuror Dilan Polat, həyat yoldaşı Engin Polat və qayınatası Sezgin Polatın sərbəst buraxılmasını tələb etmişdi. Lakin onların həbsdə qalma müddətinin davam etdirilməsinə qərar verilmişdi. Həmin məhkəmədə Dilan Polatın bacısı Sıla Doğu və qardaşı Can Doğu sərbəst buraxılmışdı. Dilan Polatın da növbəti məhkəmələrin birində sərbəst buraxılacağı iddia olunurdu.

Seçilən
171
cebheinfo.az

1Mənbələr