AZ

Vüqar Qurbanov: "Biz həkimlərimizin hüquqların qoruyuruq. Onların işləməsi üçün kifayyət qədər yaxşı şərait yaradılıb. Xəstələrə tibbi xidmət ən yüksək səviyyədə olmalıdır. Bütün hallarda yalnız bir şeyi bağışlamaq olmaz, KORRUPSİYA!"

Bəli, səmimi olaraq etiraf etsək ki, bütün sahələrdə qurumların rəhbərlərinin belə ünsiyyətcil, xalqla çalışan olduğunu görə bilsəydik, Azərbaycanda inkişaf səviyyəsi bundan da beşqat artıq olardı. Çünki yalnız vətəndaşlarla təmas qurmaqla, onların təkliflərini, problemlərini dinləyib həll etməklə uğur qazanmaq, etimadı doğrultmaq olur. Əgər məmur vətəndaşla dialoq qurmursa, onu dinləmirsə, kabinetindən çıxmırsa gec-tez narazılıq olur. Bu mənada TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov işini mükəmməl şəkildə qurub. Onun vətəndaşları mütəmadi olaraq qəbul etməsi, narahatlıqlarını bölüşməsi, insanlara yüksək mədəniyyətlə dinləyib sonra həllinə tapşırıq verilməsi busisteminin nəticəsidir. Odur ki, yayın istilərində belə yorğunluq bilmədən insanlarla görüşür, səhiyyənin inkişafı, vətəndaşları narahat edən məsələlərin həlli üçün mühüm göstərişlər verir. İyulun 3-də keçirilən növbəti görüşlərdən biri də bu cür yadda qaldı. Bu görüşün iştirakçılarından biri də mən idim və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qəbul qrafikinə uyğun olaraq növbəti dəfə vətəndaşlarla görüş keçirdi. Görüşlə bağlı təəssüratımın yüksək səviyyədə olduğunu deyə bilərəm. Çünki görüşdə Vüqar Qurbanov vətəndaşları çox böyük həvəslə, diqqətli yanaşaraq qarşıladı, hər kəsi maraqla dinlədi, onların müraciətlərini qeydə aldı.Onu deyim ki, Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edirdilər. Müayinə, müalicə, işlə təmin olunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənildi və bir sıra məsələlər yerində həll olundu. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi.Həmçinin, daha öncəki vətəndaş qəbullarında iştirak edən və müraciət üzrə həllini tapan məsələlərə görə bir qrup qazi tərəfindən Vüqar Qurbanova “Təşəkkürnamə” təqdim olundu.Hörmətli TƏBİB İcraçı direktoru çıxışında səhiyyə sahəsində görülən işlərdən, uğurlardan, dövlətin bu sektora verdiyi dəstəkdən söz açdı. Eyni zamanda, Vüqar Qurbanov Azərbaycanın I Vitse-Prezidenti, hörmətli Mehriban xanım Əliyevanın səhiyyəyə, TƏBİB-in fəaliyyətinin inkişafına verdiyi töhfədən, göstərdiyi qayğıdan danışdı. İcraçı direktor qeyd etdi ki, Mehriban xanım xəstəxanaların şəraiti, vətəndaş məmnunluğu, bu sahədə olan məsələləri hər zaman diqqətdə saxlayır. Bundan başqa, yüksək səviyyədə keçən görüşdə Vüqar Qurbanov xüsusi olaraq vurğuladı ki, o, bütün həkimlərin, tibb işçilərinin yanındadır, onlara dəstək olmağa, kömək etməyə həmişə hazırdır və bu gün də o qayğını, diqqəti göstərir. Lakin Vüqar Qurbanov əlavə etdi ki, rüşvətə, korrupsiyaya bulaşan heç bir tibb işçisinin, həkimin yanında dayanmayacaq və belələrinə bu peşədə yer yoxdur. Bu da bir daha təsdiq edir ki, V.Qurbanovun səhiyyə sahəsində əli çirkin işlər görənləri, rüşvətə bulaşanları görən gözü yoxdur. Ümumiyyətlə, TƏBİB-in bu günkü fəaliyyətinə qarışqa kimi işləmək də demək olar: çevik, zəhmətkeş, çalışqan, işgüzar, usanmaq bilməmək, daim axtarışda olan komanda...Vətəndaşlar da şahiddirlər ki, V.Qurbanov onlarla görüşlərdən yayınmır, hər hansısa bəhanələr göstərilmir, tam əksinə, kimin sözü, xahişi, müraciəti varsa, davamlı keçirilən qəbullardan birində iştirak edir, TƏBİB-in İcraçı direktoru ilə üzbəüz söhbət edərək problemini dilə gətirə bilir. Sözsüz ki, bu da qarşıya qoyulan hədəfə çatmaq istiqamətində atılan addımdır. Eyni zamanda, bu sistemin əlçatan olmasının nəticəsidir. Vüqar Qurbanov elə bir şərait yaradıb ki, fəaliyyəti müsbət qarşılansın. Axı hansı qurum rəhbəri istəyər ki, ondan narazılıq, şikayət olsun?! Amma bunu bacarmayanlar da az deyil. TƏBİB isə illərdir ki, bu sistemi qurub və inkişaf etdirir. Əlbəttə ki, daima bu işlər cənab Prezidentin nəzarəti altındadır. Qnun işini izləyir, müəyyən təqdimatlar verilir. Elə bu baxımdan Vüqar Qurbanovun özünü doğrulda bilib-bilməməsi haqda məlumatlar çatdırılır. O baxımdan verilən rəylər, təqdimatlar fəaliyyətinə adekvat olur. Yəni vətəndaşlarla görüşlər, qəbullar, TƏBİB-in tabeliyində olan xəstəxanalarda qurulan iş sistemi bir güzgüdür. Dövlət, onun rəhbərliyi məhz bu güzgüyə baxaraq Vüqar Qurbanovun işinə qiymət verir. Nicat MahmudovRubrika.Az





Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
rublika.az

1Mənbələr