AZ

Qətər əmiri Rusiya iqtisadiyyatına yatırılan investisiyaların həcmini açıqlayıb

Oxu24.com  xəbər verir ki, Qətərin Rusiya iqtisadiyyatına yatırdığı investisiyaların həcmi təqribən 13 milyard dollar təşkil edib.

 

Oxu24.com xəbər verir ki, bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Astanada Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.

“Qətərin Rusiya iqtisadiyyatına və Rusiya layihələrinə yatırdığı investisiyaların həcmi təqribən 13 milyard dollardır”, - deyə o bildirib və əlavə edib ki, Qətər bu rəqəmi artırmaq niyyətindədir.

İyulun 4-də Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Təmim bin Həməd Al Tani ilə görüşüb.

Rusiya lideri Qətərə Ukrayna münaqişəsi ilə bağlı humanitar qərara görə təşəkkür edib və Doha ilə Moskva arasında münasibətlərin dostluq əsasında inkişaf etdiyini vurğulayıb. Putin də əmiri Rusiyaya dəvət edib, Təmim bin Həməd Al Tani təklifi qəbul edib və Rusiya prezidentini ölkəyə səfərə dəvət edib.

Aprel ayında Qətərdə Rusiya Federasiyası ilə Ukrayna arasında uşaqlarla bağlı ilk üz-üzə danışıqlar aparılıb.

Bundan əvvəl Qətər 2030-cu ildən sonra dünyada yeni qaz layihələrinə ehtiyac olacağını proqnozlaşdırmışdı.

 

Miri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
oxu24.com

1Mənbələr