AZ

Müsavat seçkilərlə bağlı qərarını verdi

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək. 

“Qafqazinfo” xəbər verir ki, qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub. 

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
11
qafqazinfo.az

10Mənbələr