AZ

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Tbilisidəki

Tbilisi, 4 iyul, AZƏRTAC

Tbilisidəki Mtatsminda parkının dağlıq ərazisində yanğın baş verib. Dağın yamacında başlayan yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

AZƏRTAC xəbər verir ki, hazırda yanğınsöndürmə briqadaları alovun daha geniş əraziyə yayılmasının qarşısını almağa və alovu söndürməyə çalışırlar.

Yanğının söndürülməsinə helikopter cəlb olunub.

Qeyd edək ki, Mtastminda parkı Tbilisidə əhalinin ən çox istirahət etdiyi ərazilərdən biridir. Gürcüstanın televiziya qülləsi də məhz həmin ərazidə yerləşir.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
azertag.az

2Mənbələr