AZ

Zelenski siyasətdən gedir? – “Poroşenkodan fərqli olaraq bunu gözləyir”

“Prezident Vladimir Zelenskinin tərəfdarları onun siyasətdə qalacağı və təkrar seçkilərə gedəcəyinə əmin deyillər, dəqiq bir şey açıqlanmayıb. Hər şey cəmiyyətin müharibənin bitəcəyi formatı necə qəbul etməsindən asılı olacaq”.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinə yaxın mənbə məlumat yayıb.

“Əgər çoxluq uduzduğumuzu və Zelenskinin günahkar olduğunu düşünürsə, onda seçkilərdə bir də iştirak etməyəcək. O, Pyotr Poroşenko və xüsusi ilə də Yuşenko qədər səs toplamaq üçün seçkilərə qatılmayacaq. Hədəfi bu deyil. 2019-cu ildə də seçkilərə qatılmaqüçün baza reytinqi olmasa idi, iştirak etməyəcəkdi. Yox, əgər əksəriyyət “müharibə məsələsində hər şey qaydasındadlr, bundan pis ola bilərdi, biz normal şəkildə vəziyyətdən çıxdıq” desə, o zaman Zelenski seçkilərdə iştirak edəcək”, – mənbə bildirib.

Digər mənbənin sözlərinə görə isə Zelenskinin bir arzusu olub:

“V.Zelenski müharibəni inamlı qələbə ilə başa vurub siyasəti tərk etmək istəyir. Ancaq hazırkı şəraitdə qlobal miqyasda bir növ “qara qu quşu” gəlmədən Ukraynanın qələbəsi mümkün deyil”. /globalinfo.az/

Seçilən
68
turkustan.az

1Mənbələr