AZ

Qrip olduğunu düşünürdü: Qollarını və ayaqlarını itirdi

ABŞ-da narahatlıq səbəbilə xəstəxanaya aparılan qadının həyatda qalması üçün qolları və ayaqları amputasiya edilib.

Publika.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, müəllim işləyən qadın əvvəlcə narahatlığının səbəbinin soyuqdəymə olduğunu düşünüb. Lakin o, yüksək hərarətdən və nəfəs almaqda çətinlik çəkdikdən sonra xəstəxanaya yerləşdirilib.

Xəstəxanada qadına bakteriyaya yoluxması nəticəsində ikiqat pnevmoniya diaqnozu qoyulub. Təhlükəli kritik vəziyyət onun qan təzyiqini əhəmiyyətli dərəcədə azaldıb. Komaya düşən qadının həyati orqanlarına qan axını təmin etmək üçün verilən dərman qol və ayaqlarda qan dövranına təsir edib. Bu səbəbdən də amputasiya gerçəkləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
publika.az

1Mənbələr