AZ

Dərbənddə 10 azyaşlı idmançı zəhərləndi

Dərbənddə 10 azyaşlı zəhərlənmə ilə şəhər xəstəxanasına yerləşdirilib.

Sitat.info xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, artıq yeddi nəfər özünü yaxşı hiss etdiyi üçün evə buraxılıb.

“Dərbənd Mərkəzi Şəhər Xəstəxanasında uşaq idman komandasının qidadan yüngül zəhərlənmə ilə bağlı 3 uşaq müalicə alır. Artıq bir gün ərzində 7 uşağa yardım göstərilib və evə buraxılıb. Xəstəlik əlamətləri olan uşaqlar dünən qusma və ishal şikayətləri ilə müraciət ediblər”, - məlumatda vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
sitat.info

2Mənbələr