AZ

Alzheimer üçün ikinci dərmanı da təsdiqləndi

ABŞ hakimiyyəti Alzheimer xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ikinci dərmanı təsdiqləyib. 

Belə ki, “Eli Lilly's” şirkətinin “Kisunla” preparatı xəstəliyin gedişatını yavaşlada bilər. Bu dərman xəstələrə ilkin mərhələdə kömək edir.

“Cebhe.info” bu barədə “ABC News”-a istinadən yazır.

“Amerikanın Səsi” isə yazır ki, keçən il Yaponiyanın “Eisai” əczaçılıq şirkətinin “Leqembi” adlı oxşar dərmanı təsdiqlənib. “Kisunla” və “Leqembi” venadaxili yeridilən, laboratoriyada yaradılmış anticismlərdir.

“Kisunla”nın sınaqları göstərib ki, onun istifadəsindən sonra təxminən yeddi ay ərzində xəstəliyin gedişatı yavaşlayıb. Bununla belə, beynin şişməsi kimi potensial təhlükəli yan təsirlərə malikdir.

Seçilən
165
cebheinfo.az

1Mənbələr