AZ

Vuçiç: Serbiya sentyabr ayına qədər ilk min kamikadze dron istehsal edəcək

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkə sentyabr ayına qədər ilk min kamikadze dron istehsal edəcək.

“Gözləyirəm ki, sentyabr ayına qədər istehsalımızın ilk min komaratına sahib olacağıq. Gördüyünüz kimi, biz “Vrabac”, “Ositsa” və digər PUA-larla da işləyirik”, – deyə Tanyuq agentliyi onun sözlərindən sitat gətirir.

O, bunu “Fire Strike 2024” təliminin keçirildiyi Serbiyanın cənub-şərqində yerləşən “Pasulyanske Livade” poliqonunda deyib.

Müdafiə nazirinin maddi sərvətlər üzrə köməkçisi Nenad Miloradoviç qeyd edib ki, bu təlimlərdə əsas diqqət kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları və sursatlara verilib.

Vuçiçin sözlərinə görə, o, gördükləri ilə fəxr edir.

DOĞRU.AZ

Seçilən
102
dogru.az

1Mənbələr