AZ

Sony, Blu-ray də daxil olmaqla, yazıla bilən optik disklərin istehsalını dayandırır!

     Şirkət, bunu AV Watch-a verdiyi müsahibədə təsdiqləyərək, Blu-ray də daxil olmaqla, yazıla bilən optik disklərin (CD-R, DVD-R və BD-R), digər adı ilə boş disklərin inkişaf etdirilməsinin və istehsalının dayandırılacağını bildirib. Lakin kommersiya müştərilərinin və kino həvəskarlarının hələlik çaxnaşmaya düşməsinə ehtiyac yoxdur. Çünki şirkət, bir müddət ticari və istehlakçı optik disklərinin istehsalına davam edəcəyini açıqlayıb. Sony, bu məhsulların istehsalının son tarixini, pərakəndə tərəfdaşları ilə məsləhətləşərək qərar verəcək.     Müasir dünyada hər şeyin onlayn edilə bildiyini nəzərə alsaq, Sony-nin bu qərarının olduqca düzgün olduğunu görə bilərik. Optik disklər, məlumatların saxlanması üçün daha uzun müddətə malik olsalar da, bulud yaddaşı, sərt disklər və SSD-lərin çevikliyinə malik deyillər. Üstəlik, optik disklərin imkanları da məhduddur. Bu gün ən yüksək tutumlu Blu-ray disklərinin tutumu 125 GB-a çatır. Bəzi çinli tədqiqatçılar, 125 TB -a qədər məlumat saxlaya bilən optik disk formatı yaratmağa müvəffəq olsalar da, bu məhsullar, hələlik satışda deyil.     Sözügedən qərarla bağlı Sony sözçüsü, açıqlamasında bildirib: "Soyuq anbar bazarında artım, gözləntilərimizi qarşılamadı və bütövlükdə saxlama media biznesinin performansı zəif olaraq qalır. Qərara gəldik ki, gəlirliliyi artırmaq üçün biznes strukturuna yenidən baxmaq lazımdır. Biz bazar mühitinə uyğun miqyasda işimizi davam etdirməyi və 3 tədbirlə gəlirliliyə qayıtmağı hədəfləyirik. Birincisi, qeydə alına bilən optik medianın inkişafı və istehsalının mərhələli şəkildə dayandırılması və işçi qüvvəmizin həcminin azaldılması, ikincisi, lent media biznesində işçilərin ixtisarı, üçüncüsü isə 2025-ci ilin aprelindən başlayaraq biznesin miqyasına uyğun olaraq vahid şirkət strukturuna və səmərəli əməliyyatlara keçiddir."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
technote.az

1Mənbələr