AZ

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı üçün önəmi- ÖZƏL

"Şanxay Əməkdaşlıq Təşkilatı  Qazaxıstanda özünün 24-cü sammitini keçirir. Sədrlik Qazaxıstanda idi və Çinə keçir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustada qeyd edib:

"Bu görüşə Azərbaycan da dəvət olunub. Yüksək səviyyədə iştirak edib. Sammitin birinci hissəsi yalnız üzv dövlətlər arasında keçirilib, ikinci hissədə isə dəvət olunan dövlətlər də iştirak edib. Daha çox dövlətlərarası iqtisadi, ticarət münasibətlərini tənzimləyən, əməkdaşlığı dərinləşdirən qurumdur. Təbii ki, daha çox Çin mərkəzli qurumdur, amma bu təşkilatda Hindistan, Rusiya, Tacikistan və s. iştirak edir. Türkiyə, Türkmənistan, BƏƏ, Belarus və s. dövlətlər bura dəvət olunub. Bu təşkilatın böyümə ehtimalı var. Düşünürəm ki, bu təşkilatın içində sanki Şərq Bloku yaranır. Kollektiv Qərbə qarşı Şərq təşkilatlarının formatı meydana çıxır. 
Burda Azərbaycan Prezidentinin digər dövlət başçıları ilə görüşü, bir sıra məsələləri müzakirə etməsi ilə bağlı məlumatlar var. Bütün bunlar onu göstərir ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün də cazibədar, arzuolunandır. Bu da bizim üçün bir qədər də manevr imkanlarını artırır, yəni Azərbaycan həm Qərb, həm də Şərq ölkələri ilə əməkdaşlıq etmək və lazım gələndə daha əlverişli məqamları müəyyən etmək imkanı qazanır. Əlbəttə bu, müsbət haldır. Bütün hallarda Türkiyə və Azərbaycan, eləcə də digər Türk dövlətləri bir çox platformalarda bir-birlərinə dəstək ola bilir və güc mərkəzi oluşdurmaq imkanı əldə edirlər. Bu, olduqca vacibdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
71
olaylar.az

1Mənbələr