AZ

“Bizi yalqız buraxmasınlar” – Siyasət Əsgərovdan vacib çağırış

Ölkəmizin qadınlardan ibarət futbol yığması iyulun 12-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Macarıstanla qarşılaşacaq.

Artıq yığmanın qarşıdakı iki oyun üçün heyəti də açıqlanıb. Bəs yığma toplanışa nə vaxt başlayır? Heyətdə zədə ilə bağlı problemi olanlar varmı? Bu suallarla yığmanın baş məşqçisi Siyasət Əsgərova müraciət etdik:
"İyulun 7-nə qədər elit məşqlər olacaq. Çünki qızlarımızın əksəriyyəti Rusiya və Qazaxıstanda oynayır. Orda da çempionat davam etdiyi üçün bizə qoşula bilmirlər. Onlar ayın 8-də bizə qoşulacaq. Hələlik gündə bir dəfə olmaqla elit məşqlərə başlayırıq, həmin məşqlərə də U-19 və U-17-nin oyunçuları da qatılacaq. Zədəlilərə gəlincə... Təəssüf ki, Aysun Seydiyeva zədəlidi, səhhəti ilə bağlı toplanışa qatıla bilmir. Türkiyə ilə oyunda Maniya Mollayeva və Pəritan Bozdağ ikinci sarı vərəqə aldığına görə Macarıstanla oyunda olmayacaqlar. Bu tərəfdən bir qədər sıxıntılarımz var. Biz hər oyuna ayrı-ayrı hazırlaşırıq. Komanda şəklində Macarıstanla matça köklənmişik. Çünki bu rəqibdən alacağımız xal bizi pley-offa götürə bilər. 1 xal alsaq, C liqasında qalırıq, lakin 3 xal alsaq, hər şey düşündüyümüz kimi olsa, qrupu 2-ci yerdə bitirib B liqasında davam edəcəyik. Bu üzdən Macarıstanla matç bizim üçün çox önəmlidi. Buna görə çox ciddi hazırlaşırıq. Daha sonra İsveçrə ilə qarşılaşacağıq. Qrupun sonuncu oyunu səfərdə olacaq. Bu komandanın gücü hər kəsə bəllidi. Düzdü, ötən tur planlara uyğun olmadan macarlarla oyunda xal itirdilər. Bu futboldu, hər şey ola bilər. Lakin bu da qrupdakı mövqeyimizə təsir etdi. İnşallah, biz də çalışacağıq ki, İsveçrədən minimum 1 xal ilə qayıdaq. Artq neçənci dəfədi oyunlardan öncə azarkeşlərə səslənirəm. Doğrudan da, iyulun 12-də olacaq oyun çox önəmlidi. Türkiyə ilə Bakıda qarşılaşanda az da olsa, azarkeş gəlmişdi. Amma onların dəstəyini həqiqətən hiss etdik. Məncə, azarkeş kütləsi daha çox olsa, qızlarımız daha fərqli oyun göstərər. Məqsədimiz rəqibi təzyiq altında saxlamaqdı. Onu da azarkeşlər olarsa, edə bilərik. Onların rolu bizim üçün böyükdü. Fürsətdən istifadə edib azarkeşləri iyulun 12-də keçiriləcək matça dəvət edirəm. Bizi yalqız buraxmasınlar. Komanda olaraq, yenidən tarix yaza bilərik. Ona görə bizimlə birlikdə olsunlar. İnşallah, oyun istədiyimiz kimi bitərsə, o tarixi anlara bir yerdə imza atarıq".


GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
football-plus.az

1Mənbələr