AZ

Litva Rusiya ilə sərhədin möhkəmləndirilməsinə 600 milyon avro xərcləməlidir

Litvanın müdafiə naziri Laurynas Kasçiunas bildirib ki, ölkə növbəti on il ərzində Rusiya ilə sərhədin möhkəmləndirilməsinə 600 milyon avro xərcləmək niyyətindədir. 

HİT.az xəbər verir ki, bu barədə "Delfi" yazıb.

"Bu, ildə 30-40 milyon avro, bəzi hallarda isə daha çoxdur", deyə Kasçiunas qeyd edib.

Onun sözlərinə görə, söhbət tank əleyhinə minaların və məsafədən istifadə olunan minaların alınmasından, tank əleyhinə arxlar şəbəkəsinin hazırlanmasından, təbii fiziki maneələrə ehtiyac duyulan ərazilərdə körpülərin salınmasından və meşələrin salınmasından gedir.

Bundan əvvəl Polşa, Litva, Latviya və Estoniya alyansı Moskvadan gələn hərbi təhdidlərdən və “digər zərərli fəaliyyətlərdən” qorumaq üçün Avropa İttifaqının Rusiya və Belarusla sərhədi boyunca müdafiə xəttinin çəkilməsinə çağırıb.

Bu ölkələrin liderlərinin Aİ rəhbərliyinə ünvanladığı məktubda bildirilir ki, sərhəddə müdafiə infrastrukturunun görünməsi Aİ-nin hərbi və hibrid təhlükələrdən qorunması məsələsini həll edəcək. Hibrid təhlükələrə hərbi və qeyri-hərbi təhlükələr, həmçinin dezinformasiya, kiberhücumlar, iqtisadi təzyiqlər və sərhəddə miqrasiya böhranı yaratmaq cəhdləri daxildir.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
hit.az

10Mənbələr