AZ

Ölkəmizin mina problemi Belçika Krallığında silsilə tədbirlərdə müzakirə olunur (FOTO)

Bakı. Trend:

Cari ilin 4-5 iyul tarixlərində Azərbaycan RespublikasıMinatəmizləmə Agentliyi (ANAMA) İdarə heyətinin sədri VüqarSüleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Krallığındaişgüzar səfərdədir.

ANAMA-dan Trend-ə verilənməlumata görə, səfər çərçivəsində Azərbaycanda mövcud minaprobleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinəçatdırılması, minaların ətraf mühitə ciddi təhlükə yaratması, azadedilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləməfəaliyyəti barədə məlumat verilməsi, eləcə də bu sahədə beynəlxalqəməkdaşlığın və dəstəyin genişləndirilməsi məqsədilə bir sıratədbir və görüşlərdə iştirak nəzərdə tutulub.

4 iyul tarixində Brüssel Diplomatik Akademiyasınıntəşkilatçılığı və Azərbaycan Respublikasının Belçika Krallığındakısəfirliyinin dəstəyi ilə “Mina Təhdidləri ilə Mübarizə: Ətrafmühitə təsiri və Siyasi cavab tədbirləri” mövzusunda tədbirkeçirilib.

Tədbirdə çıxış edən Vüqar Süleymanov Azərbaycanın üzləşdiyi minaproblemi, onun insanların həyat və sağlamlığına, ətraf mühitə,ekoloji tarazlığa yaratdığı təhdidlər barədə məlumat verib, butəhlükənin dayanıqlı inkişaf istiqamətində səylərə mane olmasınıdiqqətə çatdırıb. Azərbaycanın 2024-cü ildə COP29-a sədrliketdiyini bildirən Vüqar Süleymanov qlobal humanitar və ekolojiproblemlərdən biri olan mina təhlükəsinin ətraf mühitə təsirlərininaradan qaldırılmasının vacibliyini vurğulayıb. O, beynəlxalqəməkdaşlıq və innovativ yanaşmalar vasitəsilə minaların təsirininazaldılması, ətraf mühitin bərpa edilməsi və daha təhlükəsiz yaşammühitinin yaradılmasına töhfə verilə biləcəyini qeyd edib.

Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Samir PoladovAzərbaycanda mina təhlükəsinin aradan qaldırılması istiqamətindəgörülən işlər, tətbiq olunan metodologiyalar, habelə işğaldan azadedilmiş ərazilərdə icra edilən minatəmizləmə fəaliyyəti ilə əlaqəlişəkildə həyata keçirilən bərpa-quruculuq işlərinə dair genişprezentasiya təqdim edib. Eyni zamanda, mina probleminin qlobalxarakter daşıdığını nəzərə alaraq, beynəlxalq tərəfdaşlığın vədəstəyin gücləndirilməsinin vacibliyinə toxunub.

Tədbirdə minadan zərərçəkən digər ölkələrdən Kamboca Krallığı,Çad Respublikası və Kolumbiya Respublikasından nümayəndələr dəçıxış ediblər.

Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqınınnümayəndələri, Belçika Krallığının dövlət qurumları, həmin ölkədəakkreditə olunmuş diplomatik korpus təmsilçiləri, dövlət və özəlqurumların rəsmiləri, o cümlədən aidiyyəti şirkətlərinəməkdaşlarının iştirak etdiyi tədbir çərçivəsində mina təhdidləriilə mübarizə, bu sahədə əldə edilən təcrübələr və nailiyyətlərmövzularında panel müzakirələr keçirilib, mina probleminin aradanqaldırılması istiqamətində innovativ yanaşmalar və texnologiyalarınsəmərəli tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində Belçika Krallığının ölkəmizdə icra edilənhumanitar minatəmizləmə əməliyyatlarına həmin ölkədə qeydiyyatdankeçmiş APOPO beynəlxalq qeyri-hökumət təşkilatı vasitəsilə yardımıilə bağlı mərasim keçirilib. Mərasimdə Belçika Krallığının vəAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədənAPOPO-nun nümayəndələri çıxış edib, bu kimi yardımın əhəmiyyətiqeyd edilib.

Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Ölkəmizin
Məqalədə:
Seçilən
85
23
az.trend.az

10Mənbələr