AZ

Putin: Bu, Ukraynada sülhün əsası ola bilər

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə Rusiya arasında potensial sülh razılaşması ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Putin açıqlamasında 2022-ci il İstanbul razılaşmasının hələ də “masanın üstündə” olduğunu və Ukrayna ilə sülh danışıqları üçün əsas yarada biləcəyini bildirib.

Putin mart ayında Çinə səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bir daha İstanbul razılaşmalarının Ukrayna danışıqlarının əsası olduğunu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov da ötən mart ayında verdiyi açıqlamada, 2022-ci ilin martında İstanbulda hazırlanan razılaşmanın Rusiya ilə Ukrayna arasında danışıqlara başlamaq üçün əsas ola biləcəyini söyləyib.

Peskov deyib: "O vaxtdan keçən iki il ərzində çox şey dəyişib. Konstitusiyamıza iki yeni bölgə daxil edilib (Zaporijiya və Xerson). Bu, iki il əvvəl yox idi. Ona görə də yeni əvəzolunmaz faktlar var.  Bu (İstanbulda razılaşma) ") danışıqların başlaması üçün əsas meydana gətirə bilər" dedi.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
news24.az

1Mənbələr