AZ

Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair birgə bəyanat yayılıb

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli görüşünə dair birgəbəyanat yayılıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumatverilib.

"3 iyul 2024-cü il tarixində Azərbaycan Prezidenti Zati-aliləriİlham Əliyev, Türkiyə Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanvə Pakistanın Baş naziri Zati-aliləri Şahbaz Şərif ŞanxayƏməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclasıçərçivəsində Astanada görüşüblər.

Üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasındamünasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimiregional və qlobal məsələlər müzakirə olunub.

Daha öncə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq prosesiçərçivəsində parlament spikerləri və xarici işlər nazirlərisəviyyəsində keçirilmiş görüşlərin həmçinin dövlət başçılarısəviyyəsində təşkili nəzərdə tutulur. Habelə, üç ölkə arasındaəməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün ortaq niyyəttəsdiqlənib.

Azərbaycan-Türkiyə-Pakistan arasında üçtərəfli əməkdaşlığınmöhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı,regional və qlobal sülhün və sabitliyin möhkəmlənməsinə xidmətedəcəyinə dair razılıq ifadə olunub.

Üç ölkə suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraqmünaqişələrin həllində müvafiq ölkələr arasında dialoqunprioritetləşdirilməsini dəstəklədiklərini bildiriblər.

Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkəarasında əməkdaşlığın və bu məsələnin birgə həllinin vacibliyi dəbir daha təsdiqlənib.

Üçtərəfli əməkdaşlıq prosesi çərçivəsində növbəti görüşlər hər üçölkədə, yəni Azərbaycan, Türkiyə və Pakistanda keçiriləcək", - deyəbəyanatda bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
49
az.trend.az

10Mənbələr