AZ

Bayden debatdakı çıxışının uğursuz olduğunu etiraf edib

ABŞ Prezidenti Co Bayden rəqibi Donald Trampla debatdakı zəif çıxışını şərh edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Time” yazıb.

“Gecəmi pis keçirdim və fakt budur ki, mən pis çıxış etdim. Təəssüf ki, səhv etdim”, - Amerika lideri açıq şəkildə etiraf edib.

Bayden əlavə edib ki, səhnədə keçirdiyi 90 dəqiqə onun Ağ Evdəki 3,5 illik işini inkar etmir.

Qeyd edək ki, Trampla debat zamanı Baydenin səhvlərə yol verdiyi, açıqlamalarının aydın olmadığı, tədbir boyu boğulduğu, bəzən titrədiyi və debatdan həyəcanlı ayrıldığı bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
5
qafqazinfo.az

6Mənbələr