AZ

Türkiyənin beş şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib, 18 nəfər həbs olunub

  Türkiyənin İzmir, Rize, İstanbul, Tokat və Kocaeli şəhərlərində İŞİD terror qruplaşmasına qarşı eyni vaxtda beş əməliyyat keçirilib.

Referans.az  xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində 30 şübhəlidən 29-u saxlanılıb. Onlardan 18-i isə məhkəmənin qərarı ilə həbs olunub.

Ayrı-ayrı ünvanlarda həyata keçirilən axtarış tədbirləri nəticəsində 36 kitab, 3 qeyd dəftəri, 1 tapança, 1 ov tüfəngi və çoxlu sayda elektronik vasitə ələ keçirilib./Report  

Seçilən
59
12
referans.az

10Mənbələr