AZ

“Bu kimi çətinliklərlə qarşılaşdıq” – “Şimal”ın baş məşqçisi

“Şimal” UEFA Regionlar Kubokunda keçirdiyi 2-ci oyunda “Qothenburq”a uduzmasa da, mübarizəni dayandırdı.

Bəs bu dəfə xaçmazlıların qələbəsinə nə mane oldu?
Oyunla bağlı fikirlərini öyrənmək üçün “Şimal”ın baş məşqçisi Tural Cəlilova müraciət etdik. Tural bəy “Football-plus.az”ın sualını belə cavabladı: “Ümumiyyətlə, son bir ayda, finaldan sonra komanda şəklində bir araya gəlməmişik. Turnirdə 6-7 əsas futbolçumuz iştirak edə bilmirdi. Çünki peşəkar müqavilələri var. Yenidən futbolçu cəlb etməli olduq, məşq etmirdik. Uyğunlaşmaq da elə asan olmadı. Bu kimi çətinliklərlə qarşılaşdıq. Bilirdik ki, rəqib güclü, ilboyu məşq edən, intizamlı komanda olacaq. Dünən məşq elədik. Futbolçularım meydanda yaxşı oyun sərgilədi. Sonadək döyüşdülər. İnşallah, növbəti mövsüm daha yaxşı komanda olmağa çalışacağıq. 2-ci liqada yaxşı nəticə göstərmək niyyətindəyik”.

Xatırladaq ki, turnirin Kutaisidə keçirilən B qrupunun oyunlarına iyulun 4-də yekun vurulacaq. Həmin gün “Football School Bridge” ilə “Qothenburq” qarşılaşacaq.

RÖYANƏ OĞUZ
Seçilən
52
football-plus.az

1Mənbələr