Türkiyə yığmasının futbolçusu Merih Demiral 2 oyun diskvalifikasiya olunub.
İdman.biz xəbər verir ki, bu barədə UEFA qərar çıxarıb.
Merih 1/8 finalın Avstriya (2:1) ilə qarşılaşmasında "bozqurd" işarəsi nümayiş etdirdiyinə görə cəzalanıb. O, "ay-ulduzlular"ın 1/4 finalda Niderlandla keçirəcəyi oyunu kənardan izləməli olacaq.
Qeyd edək ki, Demiral Avstriya ilə görüşdə komandanın hər iki qolunun müəllifi olub.
İdman.biz