Braziliya Meta-ya süni intellektin inkişafı üçün "ictimai yazılardan" istifadə etməyi qadağan etdi. Avropa da əvvəllər belə bir addım atmışdı.
Braziliya Meta-nın süni intellektini (AI) təkmilləşdirmək üçün sosial mediada insanların ictimai paylaşımlarını yoxlamaq siyasətini rəsmən bloklayıb.
Braziliyanın Milli Məlumat Qoruma Agentliyi (ANDP) bu həftənin əvvəlində verdiyi açıqlamada, bu qərarın "Meta-nın yeni süni intellekt siyasətinin məlumat sahiblərinin fundamental hüquqlarına ciddi və ya düzəlməz zərər verə biləcəyi riskinə" qarşı alındığını bildirib.
Euronews xəbər verir ki, qurumun verdiyi açıqlamada Meta-nın ən böyük bazarlarından birinin Braziliya olduğu və təkcə Facebook-un ölkədə təxminən 102 milyon aktiv istifadəçisi olduğu bildirilib.
Avropada da bloklanıb
Sosial media şirkəti Meta, keçən həftə istifadəyə verilməsi gözlənilən süni intellekt sistemlərini inkişaf etdirmək üçün insanların ictimai paylaşımlarından istifadə etməyi planlaşdırırdı, lakin Avropa İttifaqının (AB) məxfilik siyasəti yeniləmələri ilə bağlı qaldığı üçün bu planları dayandırmalı oldu.
Avropanın məxfilik siyasətindəki dəyişikliklə süni intellektin inkişafı üçün Facebook və Instagram-da 18 yaşdan yuxarı istifadəçilərin açıq şəkildə paylaşılan məzmunundan istifadə etmək qadağandır.