AZ

Aİ-nin Çinə əlavə vergi siyasəti

Avropa İttifaqının (Aİ) Çindən idxal olunan elektromobillərə 38,1%-ə qədər əlavə gömrük rüsumunun tətbiqi ilə bağlı qərarına cavab olaraq iri istehsalçılar qiymətləri artırmağa hazırlaşır.

Avropa İttifaqı (Aİ) Komissiyası bu gün Çində istehsal edilən elektrikli avtomobillərə verilən subsidiyalara görə əlavə vergi qərarının sabahdan etibarən qüvvəyə minəcəyini açıqlayıb.

Belə ki, Çində istehsal edən şirkətlər arasında BYD 17,4 faiz, Geely 19,9 faiz, SAIC 37,6 faiz, əməkdaşlıq edən elektrik avtomobil istehsalçıları 20,8 faiz, əməkdaşlıq etməyən şirkətlər 37,6 faiz vergiyə cəlb olunacaq. Əlavə vergilər indiki 10 faiz verginin üzərinə gələcək.

Bu vəziyyət qarşısında Çində istehsal edən elektrik avtomobil şirkətləri yeni tədbirlər görmək üçün addımlar atır.

Bəzi modellərini Çində istehsal edən ABŞ şirkəti Tesla, idxal etdiyi Model 3-ün Avropada qiymətlərini artıracağını açıqlayıb. Çinin Geely şirkətinə məxsus Polestar da gömrük rüsumları səbəbindən avtomobil qiymətlərinə təzyiqi tarazlaşdırmaq üçün yumşaldıcı tədbirlərin görüləcəyini açıqlayıb.

BYD hələ AB-də satılan elektrik avtomobillərin qiymətləri ilə bağlı atacağı addımları açıqlamayıb. MG-nin sahibi olan SAIC də artım planını hələ açıqlamayıb.

Seçilən
141
kommersant.az

1Mənbələr