AZ

Erkən final: Almaniya İspaniyaya qarşı

Bu gün Almaniyada keçirilən AVRO-2024-ün 1/4 final mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, bu raundun ilk görüşü Ştutqartda keçiriləcək.

Turnirdə ən yaxşı oyun göstərən komanda kimi diqqət çəkən Almaniya və İspaniya üz-üzə gələcək. Çempionluğa əsas namizəd hesab olunan yığmaların duelinə erkən final gözü ilə baxılır. Hərəyə üç dəfə Avropa çempionu olan rəqiblər həm də turnirin iki ən titullu komandasıdır.

Qeyd edək ki, bu gün 1/4 finalın daha bir oyunu keçiriləcək. Portuqaliya Fransa ilə üz-üzə gələcək.

AVRO-2024
1/4 final
5 iyul
20:00. İspaniya – Almaniya
Baş hakim:
Entoni Teylor (İngiltərə)
Ştutqart Arena

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
idman.biz

1Mənbələr