AZ

Yoxlamalardan sonra yararsız olan 6 liftin fəaliyyəti dayandırıldı

Bakı. Trend:

Son zamanlar yaşayış binaları və digər obyektlərdə quraşdırılanbəzi lift və qaldırıcı qurğuların hərəkətində problemlər yaranır.Nəticədə insanların liftdə qalması və başqa xoşagəlməz hadisələrbaş verir.

Bəs ölkədə bu cür qurğulara nəzarət hansı mexanizmləhəyata keçirilir?

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən Trend-in sorğusuna cavabolaraq bildiriblər ki, bu ilin altı ayında yoxlama aparılmışmüəssisələrin sayı 161, yoxlanılmış liftlərin sayı 942, tərtibedilmiş aktların sayı 161, aşkar edilmiş pozuntuların sayı 883,istismarı qadağan edilmiş ( məhdudlaşdırılmış ) liftlərin sayı isə6 ( 2 müəssisədə ) olub.

"Bundan başqa 2024-cü ilin 6 ayı ərzində qeydiyyata alınmışliftlərin sayı 285, istismarına icazə verilməsində iştirak edilmişliftlərin sayı 285, müraciət edən müəssisələrin sayı isə 94olub.

Yoxlama zamanı liftlərdə aşkar edilmiş qayda pozuntularınınaradan qaldırılması məqsədilə liftlərin təhlükəsiz istismarına vətexniki sazlığına cavabdeh olan lift sahibinin və ya istismarçınıniştirakı ilə müvafiq akt tərtib edilir. Tərtib olunmuş akt Agentliktərəfindən kollegiyal formada nəzərdən keçirilir və müvafiq qərarqəbul olunur. Həmin qərarda adətən 30 günədək müddət müəyyənedilir. Qeyd olunmuş müddət ərzində liftin sahibi və yaistismarçısı tərəfindən qayda pozuntuları aradan qaldırılmalı və bubarədə Agentliyə məlumat verilməlidir. Qayda pozuntularının ağırlıqdərəcəsindən asılı olaraq, insan həyatı və ətraf mühit üçüntəhlükəli olan pozuntularla bağlı liftlərin istismarıqanunvericiliyə uyğun olaraq məhdudlaşdırılır. Aktda qeyd olunanqayda pozuntularının aradan qaldırılmasına liftin sahibi və yaistismarçı məsuliyyət daşıyır", - deyə qeyd olunub.

Qeyd edək ki, ötən il yoxlama aparılmış müəssisələrin sayı 537,yoxlanılmış liftlərin sayı 2764, tərtib olunmuş aktların sayı 537,aşkar olunmuş pozuntuların sayı 2268 olub. 2023-cü ildə qeydiyyataalınmış müəssisələrin sayı 170, istismarına icazə verilməsindəiştirak edilmiş liftlərin sayı 549 olub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
az.trend.az

2Mənbələr