AZ

"İngiltərə komandasının bütün güclü və zəif tərəflərini bilirəm"

İsveçrə millisinin sükanı arxası Murat Yakın 2024-cü il Avropa çempionatının 1/4 finalında İngiltərə millisi ilə görüşdən gözləntilərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 49 yaşlı çalışdırıcı bu barədə UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

“Rəqibimizin oyununu dəyərləndirmək mənə aid deyil. Mən bütün diqqətimi işimizə yönəltmişəm. Biz onların bütün güclü və zəif tərəflərini bilirik. Komandanı mümkün qədər yaxşı hazırlamaq istəyirəm”

İngiltərə - İsveçrə matçı şənbə günü, iyulun 6-da keçiriləcək, start fiti Moskva vaxtı ilə saat 19:00-da çalınacaq. 2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın futbol meydançalarında keçiriləcək.

Seçilən
69
90deqiqe.az

1Mənbələr