AZ

Bu gün İranda prezident seçkilərinin ikinci turu başlayıb

 

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb. 

Missiya.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Məlumata görə, ölkədə seçkilərin nəticələrinin sabah səhər saatlarında məlum olacağı gözlənilir. 

Prezident seçkilərinin ikinci turunda islahatçı namizəd Təbriz deputatı və keçmiş səhiyyə naziri Məsud Pezeşkian və mühafizəkar namizəd Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Səid Cəlili yarışır.

Leyla SƏMƏNDƏRMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr