AZ

AÇ-2024: Favoritlər üz-üzə, Portuqaliya Fransaya qarşı - YENİLƏNİR

Futbol bayramı davam edir.

Bu gün Almaniyada təşkil olunan AÇ-2024-də 1/4 final oyunlarına start veriləcək.

1/4 final
5 iyul
İspaniya – Almaniya

Hakim: Entoni Teylor (İngiltərə)
Cəzalı: yoxdu
Stadion: “MHP Arena” (Ştutqart)
Əvvəlki oyunlarının balansı: +8=9-9

Turnirin 3 əsas favoritindən ikisi bir-biri ilə qarşılaşır. Təbii ki, bu oyunu bütün futbol dünyası böyük səbirsizliklə gözləyir. 1/4 finalın bəzəyi olacağı gözlənilən qarşılaşmada favoriti müəyyənləşdirmək çətindi. Belə baxanda almanlar üçün bu, ilk ciddi sınaq olacaq. Çünki bundestim ilk 4 oyunun heç birində top-komanda ilə qarşılaşmadı. İspaniya isə artıq Xorvatiya və İtaliya kimi top-rəqiblərə qarşı sınaqlardan üzüağ çıxıb. Ümumiyyətlə, ispanlar hələ ki bu turnirdə bütün oyunlarda qalib gələn yeganə komanda statusundadı. Ona görə də bütün bunları nəzərə alaraq komandaları virtual tərəzinin üzərinə qoysaq, sanki İspaniya az da olsa, daha ağır gələr! Amma digər tərəfdən meydan sahibi Almaniyanın arxasında böyük azarkeş ordusu olacağını unutmayaq. Belə oyunlarda azarkeş amili heç də az əhəmiyyət daşımır. De La Fuentenin oturuşmuş heyətdə dəyişiklik edəcəyi gözlənilmir. Ola bilər ki, sol cinahda Kukurelyanı Qrimaldo əvəzləsin. Amma bundestimdə Naqelsmann heyətlə tez-tez “oynadığından” onun meydana buraxacağı “11-liy”i müəyyənləşdirmək çətindi. Maraqlıdı ki, Avstriya -Türkiyə duelində olduğu kimi, bu dueldə də yaxın keçmişdə tərəflərdən biri digərinə sarsıdıcı zərbə endirməyi bacarıb. Məsələn, 2020-nin noyabrında Millətlər Liqası çərçivəsində Sevilya şəhərində keçirilən oyunda ispanlar 6 cavabsız qolla tarixi qələbə qazanıblar. Ümumiyyətlə, son 8 oyuna nəzər salsaq, almanların yalnız bir qələbəsinin olduğunu görərik (3 heç-heçə, 4 məğlubiyyət). Həmin yeganə qələbə 2014-ün noyabrında Viqo şəhərindəki yoldaşlıq oyununda qeydə alınıb. O vaxt Kroosun 89-cu dəqiqədə vurduğu qol görüşdə yeganə olmuşdu. AÇ-1988-in qrup mərhələsində qeydə alınan 2:0-lıq zəfər almanların rəsmi matçda ispanlar üzərindəki son qələbəsidi. Halbuki tərəflər o vaxtdan bu yana rəsmi matçlarda 6 dəfə qarşılaşıb. Bu komandalar son mundialda eyni qrupda yer almışdılar. Həmin vaxt qalib müəyyənləşməmişdi (1:1).

Portuqaliya - Fransa
Hakim: Maykl Oliver (İngiltərə).
Stadion: “Folksparkştadion" (Hamburq)

Seçilən
64
football-plus.az

1Mənbələr