Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində mətbuata açıqlama verib.

İndex.az xəbər verir ki, Putin ABŞ-ın keçmiş prezidenti və respublikaçı prezident hesab edilən Donald Trampın Ukrayna ilə Rusiya arasındakı müharibəni bitirmə planını çox ciddiyə aldıqlarını ifadə etdi.

“Prezidentliyə namizəd olaraq biz cənab Trampın Ukraynada müharibəni bitirmək istədiyi və buna hazır olduğu barədə bəyanatını çox ciddi qəbul edirik” deyən Putin Trampın hazırladığı planın “kritik məsələ” olduğunu bildirib:

“Bunu necə edəcəyinizlə bağlı planlarını görməmişəm və bu, kritik məsələdir. Amma onun bu açıqlamaları səmimiyyətlə verdiyinə şübhəm yoxdur”.

Fevral ayında verdiyi açıqlamada Putin ABŞ-ın hazırkı prezidenti Co Baydeni Trampdan üstün tutacaqlarını bildirib və Amerika xalqının seçdiyi liderlə işləyəcəklərini bildirib.