Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell İspaniyanın paytaxtı Madriddə Amerika Evində təşkil edilən konfransda çıxış edib.

İndex.az xəbər verir ki, Borrell çıxışında Aİ-nin İsrailə təsir edə bilməyəcəyini və tək bir ölkə üzündən bu mövzuda birləşə bilməyəcəyini ifadə edib.

“Mənim ən böyük peşmanlığım Netanyahunun (İsrailin baş naziri) Qəzzada etdiklərinin qarşısını ala bilməməyim idi. HƏMAS-ın dəhşətli terror hücumlarından sonra Qəzzada təxminən 40 min insan, çoxlu qadın və uşaq həlak oldu və Aİ atəşkəs və daha sonra siyasi həll axtarışında birliyə nail ola bilmədi. Biz Netanyahudan aylardır etdiklərini etməməyə xahiş etdik amma nail ola bilmədik”, – Borrell deyib.