AZ

Növbəti könüllü qanvermə aksiyası keçirilib

BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti qanvermə aksiyası keçirilib.Bu haqda ETSN-nin yaydığı xəbərdə qeyd olunur.Xəbərdə bildirilir ki, “aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya Nazirliyin 200-dən artıq əməkdaşı qoşulub”.ETSN talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa çağırır.

Seçilən
70
7
bayraqdar.info

8Mənbələr