AZ

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Koreya Açıq Beynəlxalq Turnirində finala yüksəlib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 58 kiloqramda çıxış edən idmançı Çxunçxon şəhərində keçirilən yarışın 1/4 finalında braziliyalı, yarımfinalda isə cənubi koreyalı rəqibini məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.

Seçilən
110
1
azertag.az

2Mənbələr