Almaniyada sənaye istehsalı may ayında azalıb.

İndex.az xəbər verir ki, Almaniyada sənaye istehsalının aprel ayı ilə müqaisədə may ayında 2,5% kiçilib.

Bu isə son 1,5 ildə qeydə alınan ən kəskin azalma olub.

Almaniyada illik azalma isə 6,7% olaraq qeydə alınıb.

Bu dövrdə ölkədə avtomobil, maşın və elektrik avadanlıqlarının istehsalı 5%-dən çox azalıb.

Gözlənilənlərin əksinə olaraq, may ayında fabrik sifarişlərində də azalma olub.