AZ

Almaniya millisinin baş məşqçisi: "İspaniya ilə matçı erkən final saymıram" -  İlkay Gündoğan isə...

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann AVRO-2024-ün 1/4 finalında sabah İspaniya ilə keçiriləcək oyunla bağlı açıqlamalar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o,  İspaniya ilə keçiriləcək oyunu "erkən final" sayanlarla razılaşmadığını bildirib.

"Bu matçın erkən final olduğunu düşünmürəm. Bu, 1/4 final matçıdır", - deyən 36 yaşlı məşqçi iddialı danşıb: "Biz çempion olmaq üçün yarışırıq. Sabahkı matçda qalib gəlib yarımfinalda yer alan komandalardan biri olmaq istəyirik. Evdə Avropa çempionu olmaq kimi böyük hədəfimiz var".

Nagelsmann hər iki komandanın gücünün eyni sayıb: "Hər iki komanda bərabər səviyyədədir. Təbii ki, növbəti tura keçmək üçün var gücümüzlə oynayacağıq. Mən pessimist deyiləm".

Komandanın kapitanı İlkay Gündoğan isə komandanın əhval-ruhiyyəsinin əla olduğunu deyib: "Çox çətin oyuna hazırıq. Məncə, bərabər səviyyəli matç olacaq. Ancaq bizim turu keçə bilməməyimiz üçün heç bir səbəb yoxdur".

Fərid Aslan

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
2
mia.az

3Mənbələr