AZ

Amerikalı UFC döyüşçüsü Rafael Fiziyevlə qarşılaşmaq istəyir

Yüngül çəkidə UFC döyüşçüsü, amerikalı Jalin Törner məşhur həmyerlimiz Rafael Fiziyevlə döyüşmək arzusunda olduğunu bildirib.

“Mən məğlubiyyətlərimin qisasını almaq istəyirəm. Huker və Qamrotla qarşılaşmağı planlayıram. Düzünü desəm, Rafael Fiziyevlə də döyüşmək istəyim var. Bu çətin, ancaq maraqlı mübarizə olardı. Fikrimcə, bu döyüşə razılaşacam. Sözsüz ki, Fiziyevlə döyüşmək istəyim var.

İndi idmançı kimi yeni səviyyəyə çatmışam. Hələlik, bir qədər dincəlmək və yeni güclə qayıtmaq vacibdir”, – deyə Törner “MMAJunkie” portalına bildirib.

Xatırladaq ki, Rafael Fiziyev son döyüşdə polşalı Mateuş Qamrotla qarşılaşıb. Onların qarşılaşması 23 sentyabr 2023-cü ildə Las-Veqasda keçirilən UFC Fight Night 228 gecəsinin əsas hadisəsi olub. Döyüş Qamrotun texniki nokautla qələbəsi ilə başa çatıb. İkinci raundda həmyerlimiz, dizində çarpaz bağların qırılmasına görə mübarizəni davam etdirə bilməyib.

Seçilən
21
futbolinfo.az

1Mənbələr