AZ

Minifutbol üzrə Xaçmaz rayon turniri keçirilir

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatlar arasında minifutbol idman növü üzrə Xaçmaz rayon turnirinə start verilmişdir.

Rekord.az xəbər verir ki, turnirdə 11 komanda 3 qrupda mübarizə aparır.

Püşkatma ilə A qrupunda 4, B qrupunda 4 və C qrupunda 3 komanda müəyyən olunmuşdur. 4 komandalı qrupdlardan ilk 3, 3 komandalı qrupdan isə ilk 2 komanda 1/4 finalda mübarizəni davam etdirəcəkdir.

Açılış oyununda "Avromed" QSC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi komandaları qarşılamışlar. Oyun 7:2 əczaçıların xeyrinə başa çatmışdır. Digər oyunlar aşağıdakı hesablarla yekunlaşmışdır:

28 iyun 2024-cü il:

FHN Regional Mərkəzi - "Həyat İnşaat" Ticarət Mərkəzi - 3:0;

29 iyun 2024-cü il:

"Kristall" Ticarət Mərkəzi - "Energetik" - 3:0;

01 iyul 2024-cü il:

Xaçmaz Regional Qaz İstismarı İdarəsi - Xüsusi Riskli Xilasetmə Xidməti - 4:0;

"Maliyyə" - "Tabaterra" - 6:4.

Oyunlar Xaçmaz rayonu, Qusarçay kəndində və Xaçmaz şəhərində yerləşən minifutbol meydançalarında keçirilmişdir.

Seçilən
85
rekord.az

1Mənbələr