AZ

Yıldız Tilbe xəbərdarlıq etdi

Məşhur ifaçı Yıldız Tilbe onun adından sosial mediada hesab açanlara xəbərdarlıq edib.

Kulis.az xəbər verir ki, ifaçı açıqlamasında bildirib: "Adımı-soyadımı istifadə edib yalançı media hesabları açanlardan bezmişəm. Mənim adımdan pis düşüncələrini yazırlar, ağızlarına gələni deyirlər. Kim olduqlarını bilmirəm, niyyətləri nədirsə, özlərini tapsın".

Yıldız Tilbenin vəkili də məsələyə münasibətini bildirib: "Bir müddətdir Yıldız xanımın adına açılmış yalançı hesablara görə şikayətlər gəlir, biz artıq şikayətimizi aidiyyatı orqanlara bildirmişik. Yıldız xanımın 2.1 milyon izləyicisi olan İnstagram və 4.9 milyon izləyicisi olan Twitter hesabları mövcuddur. Hər ikisinin adı "yildizztilbee"dir. Bu iki hesabdan başqa Yıldız xanımın adına açılan bütün hesablar yalançıdır və izləyicilərimizdən onları şikayət etməyi xahiş edirik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
kulis.az

1Mənbələr