Dünyanın ən böyük yaddaş çipləri, smartfonlar və televizor istehsalçısı olan “Samsung”, iyunun 30-da başa çatan rübdə əməliyyat mənfəətinin 10 trilyon vona yüksələcəyini proqnozlaşdırdı.
İndex.az xəbər verir ki, analitiklər 8,8 trilyon von mənfəət gözləyirdilər ki, 10 trilyon von 2022-ci ilin üçüncü rübündən bəri görülən ən yüksək göstəricidir.
“Samsung”, ikinci rübdə gəlirin bir ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 74 trilyon von olduğunu söylədi.
Şirkət iyulun 24-də ikinci rüb üzrə yekun mənfəət məlumatlarını açıqlayacaq.