AZ

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edəcək

İyulun 26-da energetika naziri Pərviz Şahbazov Mingəçevir, Gəncə, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan vətəndaşları qəbul edəcək.

“İki sahil”  nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq qurumun tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Mingəçevir" filialının inzibati binasında (ünvan: Mingəçevir şəhəri, AzDRES qəsəbəsi, Naxçıvan küçəsi, 46/48) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də agentliyin "Mingəçevir" filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və "Gəncə" filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
596
8
ikisahil.az

10Mənbələr