Xəbər verdiyimiz kimi, Macarıstanın baş naziri Viktor Orban bu günlərdə Kiyevə səfər edib və bu səfər o qədər də uğurlu alınmayıb.
Baş nazir Kossuth radiosuna müsahibəsində bildirib ki, Budapeşt hazırda Avropa İttifaqına sədrlik edir. Lakin bu Orbana hrç bir halda Aİ-nın adından vasitəçilik etmək mandatı vermir.
Ukrayna prezidenti ilə görüşün səmərəli keçməyəcəyi əvvəldən də məlum idi. Çünki, müharubə başlayandan Rusiyanın tərəfini tutan Macarıstanın baş nazirini ora Vladimir Putinin göndərdiyi də heç kimı sirr deyildi. Rusiya prezidentinin məqsədi, bir daha qəbulolunmaz şərtlərini Ukrayna prezidentinin nəzərinə çatdırmaq idi. Necə deyərlər, Putin bir daha Zelenskini "dişinə vurmaq" istəyirdi.
Viktor Orban sadəcə olaraq verilən tapşırığı yerinə yetirdi və indi də nəticələri barədə Putinə məlumat vermək üçün Moskvaya gedir.
Rusiya-Ukrayna münaqişəsində Ukraynanın yanında olan, ona hərbi və maliyyə dəstəyi göstərən Avropa İttifaqı dövlətləri, hazırda İttifaqa sədirlik edən bir ölkənin, Rusiya prezidentiylə mütamadi apardığı danışıqlarından və görüşlərindən narahatlıq keçirirlər. Onlar düşünürlər ki, Orbanın bu hərəkəti, Avropa İttifaqının Moskvanı cəzalandırmasına və təcrit etməsinə mane olur.
Rüstəm Hacıyev