Rusiyanın dövlət müdafiə sənayesi şirkəti “Rostec” Rusiya istehsalı olan döyüş tankları üçün zirehli deşici güllələrin Hindistanda istehsal ediləcəyini açıqlayıb.
“Rostec” tərəfindən verilən yazılı məlimatda deyilir: “Hindistanda “Mango” adlı zirehli deşici güllələr istehsal ediləcək. “Mango” Rusiya istehsalı olan T-72 və T-90 model tanklarında istifadə olunur ki, bu tanklar Hindistan ordusunda da var. “Rostec” Hindistanda barıt istehsal etməyi planlaşdırır”.