AZ

İsmayıllıda kikboksinq üzrə rayon turniri keçirilib

İsmayıllı OİK- də Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı kikboksinq idman klubunun birgə təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində kikboksinq idman növü üzrə İsmayıllı rayon turniri keçirildi.

Rekord.az xəbər verir ki, kikboksinq idman növü üzrə rayon birinciliyinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durması, kikboksinq idman növünün inkişafı, kütləviliyin təbliği və təşviqi, idmançıların təlim-məşq prosesinin təkmilləşdirilməsi və idman ustalığının yüksəldilməsi, eləcə də, güclü, perspektivli idmançıların aşkar edilməsi, rayonun kikboksinq idman növü üzrə yığma komandasının tərkibinin müəyyən edilməsi, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsidir.

Sonda hər çəki dərəcəsi üzrə qaliblər təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırıldılar.

Seçilən
154
rekord.az

1Mənbələr