BMW krossover seqmentində dəyişiklik etmək qərarına gəlib və X4 modelinin istehsalını dayandırır.

İndex.az xəbər verir ki, İtaliyadan gələn məlumatlara görə, bu qəribə dizaynlı krossoverin üçüncü nəsli olmayacaq. İtaliya mediası X3-ün təqdimatında BMW rəsmiləri ilə danışıb və yeni X4-ün olmayacağını təsdiqləyib.

Şayiələrə görə, X4 krossover modeli dayandırılsa da, BMW bu seqmentdən tamamilə imtina etməyəcək.

Tam elektrik modeli olan iX4-ün 2027-ci ildə satışa çıxarılacağı bildirilir. Onun kupe-krossover kuzov stilini saxlayıb-saxlamayacağı hələlik bəlli deyil, lakin X4-ün akkumulyatorlu elektrik avtomobili kimi təklif edilməsi müştəriləri cəlb edə bilər.