AZ

İran səfiri: “Namizədlər arasında rəqabət güclüdür”

“İranın prezidentliyə namizədləri arasında rəqabət güclüdür və onların səsləri çox yaxındır”. 

“Cebhe.info” xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani iyulun 5-də jurnalistlərlə söhbətində belə deyib.

“Müəyyən səbəblərdən birinci turda səsvermədə iştirak edə bilməyən vətəndaşlar əmindirlər ki, bu turda seçdikləri namizədin lehinə səs verəcəklər. Araşdırmalar göstərib ki, ikinci turda daha çox iştirak olacaq”, - deyə Sübhani bildirib.

Xatırladaq ki, ikinci tur bu gün keçirilir və Məsud Pezeşkianla Səid Cəlili yarışır.

Seçilən
103
cebheinfo.az

1Mənbələr