“Kəpəz” növbəti mövsüm üçün heyəti formalaşdırmağa davam edir. Maliyyə sıxıntısı bir neçə aparıcı oyunçunun düşərgəni tərk etməsi ilə nəticələnsə də, Gəncə təmsilçisi daha bir oyunçusu ilə anlaşa bilib.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə Ehtiram Şahverdiyevkaryerasını “Kəpəz”də davam etdirəcək. 27 yaşlı yarımmüdafiəçi daha bir il “sarı-göylər”in uğurları üçün çalışacaq.
Qeyd edək ki, Şahverdiyev “sarı-göylər”in heyətində keçirdiyi 31 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta