AZ

ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesini sürətləndirmək istəyir - Kardin

 ABŞ Ermənistanla Azərbaycan arasında sülh prosesini sürətləndirməyə çalışır.Missiya.Az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında deyib.O, ABŞ-nin beynəlxalq siyasətdə istifadə etdiyi geniş diplomatik vasitələrə malik olduğunu vurğulayıb.Kardin əlavə edib ki, ABŞ bu prosesdə fəal iştirak edəcək, hər iki ölkənin həm qanunverici, həm də icraedici hakimiyyət orqanları ilə işləyəcək.Simonyan isə öz növbəsində bildirib ki, Ermənistan tərəfi prosesi gecikdirmir və saziş imzalamağa hazırdır.“Top Azərbaycanın meydançasındadır və biz onun uğurla başa çatacağına ümid edirik”, - Simonyan qeyd edib.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
missiya.az

1Mənbələr