AZ

Bu gün Azərbaycan dövləti qlobal siyasi aktordur- ÖZƏL

"Bu gün Qarabağdakı bütün quruculuq işləri birbaşa cənab Prezidentin nəzarəti altında həyata keçirilir. Ölkə başçısı İlham Əliyev bütün gərgin iş qrafikinə rəğmən Qarabağdakı abadlıq, yenidənqurma işlərinə birbaşa nəzarət edir".



Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib:

"Prezidentin qısa müddətdən bir Qarabağa səfərlər etməsi, burda keçirilən beynəlxalq tədbirlər öncəsi və yaxud ümumiyyətlə, gərgin iş qrafikinə rəğmən Qarabağa zaman ayırıb buradakı prosesi özünün birbaşa yaxından izləməsi dövlət rəhbərinin Qarabağdakı Böyük Qayıdış və quruculuq prosesini nə qədər prioritet hesab etdiyini növbəti dəfə nümayiş etdirir. Bu dəfə də cənab Prezident Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündən əvvəl Xankəndidə, Şuşada, Xocalıda mühüm açılışlarda iştirak etdi. Prezidentin Qarabağa səfərləri əhalidə də çox böyük qurura səbəb olur. Ali Baş Komandanın sayəsində bu gün işğaldan azad edilmiş torpaqlara qayıdan keçmiş məcburi köçkün olan soydaşlarımız ölkə başçısını hər dəfə öz yanlarında görürlər. Qarabağdakı bütün prosesin birbaşa dövlət başçısının qayğısı, diqqəti çərçivəsində davam etdiyini müşahidə edirlər. Əlbəttə ki, bu da Azərbaycan modelinin, Azərbaycan Prezidentinin hadisələrə yanaşmasının mövqeyinin göstəricilərindən biridir. Bu gün Azərbaycan dövləti beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə önəmli qlobal siyasi aktor halına gəlibdir. Bütün bu hadisələrlə yanaşı ölkə daxilində Qarabağda Böyük Qayıdış və quruculuq işləri də sürətlə, çevik formada, tan adekvat şəkildə uğurla davam etdirilir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
olaylar.az

1Mənbələr