AZ

İsrail Cenin bölgəsinə hücum təşkil etdi - 4 ölü, 1 yaralı

İsrail ordusu Cenin şəhərinə silahlı hücum edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
 
Məlumata görə, hücumdan sonra 4 fələstinlinin cənazəsinin və 1 ağır yaralının Cenin Dövlət Xəstəxanasına gətirildiyi deyilib.
 
Şahidlər şəhərin bir çox girişindən basqın keçirən İsrail əsgərlərinin bir evi mühasirəyə alaraq bombaladığını, basqına qarşı çıxan fələstinlilərlə İsrail əsgərləri arasında silahlı toqquşmaların yaşandığını bildirib.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
azxeber.com

1Mənbələr