İyulun 26-da energetika naziri Pərviz Şahbazov Mingəçevir, Gəncə, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Göygöl və Samux rayonlarından olan vətəndaşları qəbul edəcək.
525.az nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq qurumun tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Mingəçevir" filialının inzibati binasında (ünvan: Mingəçevir şəhəri, AzDRES qəsəbəsi, Naxçıvan küçəsi, 46/48) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də agentliyin "Mingəçevir" filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və "Gəncə" filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta